Artıq onlayn ödənişləri buradan edə bilərsiniz.

contact@bakixanovbelediyyesi.az

Beynəlxalq sülh günü münasibətilə tədbir.

09-09-2026 , 11:20

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixləri ölkə ərazisində “Sülh Aylığı” elan edilmişdir.


Bununla əlaqədar Bakıxanov Bələdiyyəsində “Sülh Aylığı” çərçivəsində iclas keçirilmişdir.


İclas zamanı sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə sülh və insan hüquqları mədəniyyətinin təşviqi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.


Tədbirdə qeyd edilmişdir ki, sülhün qorunması və insan hüquqlarına hörmət cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən biridir. Bu istiqamətdə ictimai məlumatlılığın artırılması, sülh və tolerantlıq dəyərlərinin təbliği xüsusi əhəmiyyət kəsb edir.


İclasın sonunda “Sülh Aylığı” çərçivəsində Bakıxanov Bələdiyyəsi tərəfindən müvafiq maarifləndirici tədbirlərin həyata keçirilməsi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı məsələlər müzakirə edilmişdir.

Rəylər

0 rəy

Rəy yaz

Digər xəbərlər