Artıq onlayn ödənişləri buradan edə bilərsiniz.

contact@bakixanovbelediyyesi.az

Təmir və bərpa

09-09-2026 , 11:01

Sabunçu Rayon İcra Hakimiyyəti və Bakıxanov Bələdiyyəsinin birgə fəaliyyəti çərçivəsində Bakıxanov qəsəbəsinin Gənclik və Şamil Kamilov küçələrində abadlıq və təmir işləri həyata keçirilib.

Aparılan işlər çərçivəsində piyada səkilərində yenidənqurma və təmir işləri görülüb, yolun çökmüş və yararsız vəziyyətdə olan hissələri bərpa edilərək yeni asfalt örtüyü ilə təmin olunub.

Həyata keçirilən tədbirlər ərazinin abadlaşdırılmasına, yol infrastrukturunun yaxşılaşdırılmasına, eləcə də sakinlərin və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə yönəlib.

Rəylər

0 rəy

Rəy yaz

Digər xəbərlər